“İxtisar olunan bank işçilərinə görə, işsizlik müavinətləri 3 dəfə artıb”. Bunu Fins.az-a Dövlət Məşğulluq Xidməti Statistikası Sektorunun müdiri Elçin Səlimov deyib.
Onun sözlərinə görə, Azərbaycanda bank sektorunda yaranan böhran, bir sıra bankların ləğv edilməsi bank işçiləri ilə bağlı işsizlik problemini artırıb. İxtisar edilən bank və maliyyə işçilərinə isə əmək bazarında iş tapa bilməyiblər. Nəticədə işsiz qalan bank işçilərinə görə 2015-ci illə müqayisədə 2016-cı ildə işsizlik müavinətləri 3 dəfə artıb:
“Əgər 2015-cı ildə işsizlik müavinətlərinə 6 milyon manat civarında vəsait ayrılıbsa, ötən il 15 milyon manat işsizlik müavinəti ödənilib. Amma ayrılan vəsait yenə də yetərli olmayıb”.