30 Oktyabr

Bağlanan bankların əmlakları satışa çıxarılacaq

"Ləğvetmə prosesində olan bankların əmlaklarının qiymətləndirilməsi prosesi başa çatıb. Əmanətlərin Sığortalanması Fondunda bununla bağlı akt var". Fins.az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Fondun icraçı direktoru Azad Cavadov deyib.

Onun sözlərinə görə, ləğvetmə prosesində olan bankların əmlaklarının satılması prosesi şəffaf qaydada, hərraclar yolu ilə həyata keçiriləcək: "Ləğvetmə prosesində olan bankların çox sayda əmlakları var, bunların əksəriyyəti kiçik əmlaklardır. Məhkəmə qərarı olandan sonra ləğvetmə prosesində olan bankların əmlakları satışa çıxarılacaq. Hərracları Kreditorlar Komitəsi də izləyə biləcək. Əmanətlərin Sığortalanması Fondu hərraclar vasitəsi ilə satılan əmlaklar barədə rübdə bir dəfə Kreditorlar Komitəsinə məlumat veriləcək".

Bağlanan bankların əmlakları 2 əmlak mərkəzi vasitəsilə hərraca çıxarılacaq. A.Cavadov deyib ki, hazırda onlarla danışıqlar aparılır. Bildirib ki, prosesə həmin bankların ləğvetmə planları təsdiq edildikdən sonra start veriləcək.
"Ləğvetmə prosesində olan bankların çox sayda əmlakları var, bunların əksəriyyəti kiçik əmlaklardır. Hazırda biz iki hərrac mərkəzi ilə danışıqlar aparırıq. Məhkəmə qərarı olandan sonra ləğvetmə prosesində olan bankların əmlakları satışa çıxarılacaq. Hərracları Kreditorlar Komitəsi də izləyə biləcək. Əmanətlərin Sığortalanması Fondu hərraclar vasitəsi ilə satılan əmlaklar barədə rübdə bir dəfə Kreditorlar Komitəsinə məlumat veriləcək".
Hələlik isə onların əmlaklarının tam və ayrılıqda dəyəri açıqlanmır. A.Cavadov bildirib ki, bu barədə rəqəmlər bağlanan bankların kreditorlar komitələri ilə razılaşdırıldıqdan sonra açıqlanacaq.
Əmlaklar hərraca çıxarılmazdan 1 ay əvvəl bu barədə elan veriləcək. İddiaçılar müəyyən miqdarda beh ödədikdən sonra əmlaklarla tanış olacaqlar. Hərracın əsas iştirakçıları isə bankların kreditorları olacaq.