Bu gün aprelin 18-də Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 60 milyon manatlıq qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Fins.az xəbər verir ki, istiqrazların tədavül müddəti 364 gündür.
Hərrac zamanı 7 investordan 18 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 79,046,100.00 AZN təşkil edib.
Sifarişlər 82.0483 AZN (21.9999%) və 87.3666 AZN (14.5398%) qiymət intervalında təqdim edilib.
Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 84.7900 AZN (18.0372%) orta ölçülmüş qiyməti 85.2662 AZN (17.3749%) olub.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar 19.04.2017 (t+1) tarixində həyata keçiriləcək. İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 59,720,000 manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 17.04.2018-cı ildir.