Aprel ayının 19-də “qara bazar”da dolların alışı nisbi bahalaşıb, satışı isə ucuzlaşıb. Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən, səhər saatlarında dolların alışı 1.6650 manata yüksəlib. ABŞ valyutasının satış məzənnəsi isə 1.68 manatdan 1.67 manata qədər düşüb. Bununla da “qara bazar”da dollar alqı-satqısı üzrə spred minimum həddə düşüb- 0,5 qəpik.
Qeyd edək ki, bundan əvvəl, “dollar alverçiləri” minimum 1 qəpik fərqlə alqı-satqı həyata keçirirdilər.