30 Oktyabr

“Bloomberg”də dollar kəskin bahalaşdı

Ötən gün banklar arasında dollar kəskin bahalaşıb. Fins.az xəbər verir ki, “Bloomberg” terminalında dollar günü 1.6983 manat məzənnəsi ilə yekunlaşdırıb. Bu isə ABŞ valyutasının manatı qarşısında 1,24 % dəyər qazanması deməkdir. Qeyd edək ki, bundan əvvəl dollar terminal üzərində günü 1.6775 manat kursu ilə yekunlaşdırmışdı.

Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur. Valyuta bazarlarında dolların bahalaşması banklar arası valyuta ticarətində də dolların dəyər qazanmasına təsir edib.