Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) "Maliyyə bazarlarında nəzarət edilən subyektlər tərəfindən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına ödənilən haqların tənzimlənməsi Qaydaları"nı təsdiq edib. Qaydaya əsasən palataya ödənilən haqlara nəzarət subyektləri tərəfindən MBNP-yə ödənilən dövri ödənişlər və yığımlar daxildir.
Dövri ödənişlər hər bir nəzarət subyekti tərəfindən fəaliyyət istiqaməti və fərqləndirmə meyarı nəzərə alınmaqla ödənilən haqlar, yığımlar isə nəzarət subyektlərinin qanunla müəyyən edilmiş vəzifəli şəxslərinin attestasiyası və palatanın əməkdaşları tərəfindən növbədənkənar (əlavə) yoxlamaların keçirilməsi ilə bağlı ödənilən haqlardır. Fərqləndirmə meyarı bank və bank olmayan kredit təşkilatlarının aktivlərinin, sığortaçı və təkrarsığortaçılara illik daxil olan haqların həcmi nəzərə alınmaqla dövri ödənişlərinin hesablanması məqsədi ilə aparılan qruplaşdırmada əsas götürülən meyardır. Palataya banklar, bank olmayan kredit təşkilatları, poçt rabitəsinin milli operatoru, sığortaçılar və təkrarsığortaçılar, fond birjaları, investisiya şirkətləri, mərkəzi depozitar, klirinq təşkilatları, investisiya fondları, investisiya fondunun idarəçisi, investisiya fondunun depozitarı, kredit büroları, lotereya təşkilatçıları (stimullaşdırıcı lotereyalar istisna olmaqla) və idman mərc oyunlarının operatorları tərəfindən haqlar ödənilir.
Nəzarət subyektlərinin illik dövri ödənişi də müəyyənləşdirilib. Cəmi aktivləri 1 mlrd. manatdan çox olan banklar sabit olaraq palataya 800 min manat, cəmi aktivləri 500 mln. - 1 mlrd. manat arası olan banklar 500 min manat, cəmi aktivləri 500 mln. manatdan az olan banklar 300 min manat, cəmi aktivlər 20 mln. manatdan çox olan banklar 50 min manat illik dövrü ödəniş etməlidir.
Bank olmayan kredit təşkilatlarına gəlincə, cəmi aktivlər 20 mln. manatdan çox olan bank olmayan kredit təşkilatları üçün sabit illik dövrü ödəniş 50 min manat, cəmi aktivləri 3-20 mln. manat arası olan bank olmayan kredit təşkilatları üçün 30 min manat, cəmi aktivləri 3 mln. manatdan az olan bank olmayan kredit təşkilatları üçün 15 min manat müəyyənləşdirilib.
Banklar və bank olmayan kredit təşkilatları üçün fərqləndirmə meyarları onların əvvəlki ilin 31 dekabr tarixinə olan aktivləri əsas götürülərək hesablanacaq.
Nəzarət subyekti |
Fərqləndirmə meyarı |
Ödəniləcək məbləğ |
Maksimum hədd |
Bank |
Cəmi aktivləri 1 milyarddan çox |
Sabit məbləğ 800.000 |
|
Cəmi aktivləri 500 milyon – 1 milyard arası |
Sabit məbləğ 500.000 |
|
|
Cəmi aktivləri 500 milyondan az |
Sabit məbləğ 300.000 |
|
|
Bank olmayan kredit təşkilatı |
Cəmi aktivlər 20 milyondan çox |
Sabit məbləğ 50.000 |
|
Cəmi aktivləri 3-20 milyon arası |
Sabit məbləğ 30.000 |
|
|
Cəmi aktivləri 3 milyondan az |
Sabit məbləğ 15.000 |
|
|
Poçt rabitəsinin milli operatoru |
|
Sabit məbləğ 70.000 |
|
Sığortaçı (Qeyri-həyat) |
Daxil olan sığorta və təkrarsığorta haqları 30 milyondan çox olduqda |
180.000 + (H[1] – 30 mln)×1% |
Bir sığortaçı üzrə 700 000 |
Daxil olan sığorta və təkrarsığorta haqları 10-30 milyon aralığında olduqda |
40.000 + (H – 10 mln)×0.70% |
||
Daxil olan sığorta və təkrarsığorta haqları 10 milyondan az olduqda |
H × 0.40% |
||
Sığortaçı (Həyat)
|
Daxil olan sığorta və təkrarsığorta haqları 30 milyondan çox olduqda |
198.000 + (H – 30 mln)×1.1% |
Bir sığortaçı üzrə 750 000 |
Daxil olan sığorta və təkrarsığorta haqları 10-30 milyon aralığında olduqda |
44.000 + (H – 10 mln)×0.77% |
||
Daxil olan sığorta və təkrarsığorta haqları 10 milyondan az olduqda |
H × 0.44% |
||
Təkrarsığortaçı (müstəsna fəaliyyət növü olduqda) |
Xaricdən və daxildən daxil olan təkrarsığorta haqları 30 milyondan çox olduqda |
180.000 + (H – 30 mln)×1% |
Bir təkrarsığotaçı üzrə 700.000 |
Xaricdən və daxildən daxil olan təkrarsığorta haqları 10-30 milyon aralığında olduqda |
40.000 + (H – 10 mln)×0.70% |
||
Xaricdən və daxildən daxil olan təkrarsığorta haqları 10 milyondan az olduqda |
H × 0.40% |
||
Fond birjası |
|
Sabit məbləğ 15.000 |
|
İnvestisiya şirkəti |
|
Sabit məbləğ 10.000 |
|
Mərkəzi depozitar |
|
İllik xalis mənfəətinin 30% |
250.000 |
Klirinq təşkilatı |
|
15.000 |
|
İnvestisiya fondu |
|
20.000 |
|
İnvestisiya fondunun idarəçisi |
|
10.000 |
|
Kredit bürosu |
|
Toplanan xidmət haqqının 10%-i |
250.000 |
Lotereya təşkilatçısı |
|
Sabit məbləğ 160.000 |
|
İdman mərc oyunları operatoru |
|
Sabit məbləğ 475.000 |
|
YIĞIMLAR CƏDVƏLİ
AZN-lə ifadə edilmişdir
Fəaliyyət |
Nəzarət subyektləri |
Şərti vahid |
Ödəniləcək məbləğ |
Yerində yoxlamaların keçirilməsi |
Bütün nəzarət subyektləri |
1 adam/saat |
30 |
Attestasiya |
bank inzibatçıları |
1 nəfər |
500 |
sığortaçıların rəhbər işçiləri |
1 nəfər |
300 |
|
investisiya şirkəti, fond birjası, klirinq təşkilatı və investisiya fondunun depozitarının icra orqanının üzvləri, investisiya şirkətinin filiallarının rəhbərləri |
1 nəfər |
500 |
|
səhmdar investisiya fondunun və idarəçinin icra orqanının üzvləri |
1 nəfər |
500 |