Azərbaycanda yaradılan ilk özəl kredit bürosunun 22 təsisçisi olsa da, gələcəkdə bu rəqəm arta bilər.
Fins.az-ın məlumatına görə, bu barədə Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev məlumat verib.
“Hazırda təsisçilər sırasında İslandiyanın “Creditinfo” şirkəti, 19 yerli bank, 1 bank olmayan kredit təşkilatı (“TBC Kredit” MMC”) və 1 sığorta şirkəti olsa da, ümid edirik ki, gələcəkdə bu sıraya maliyyə sektorunuin digər iştirakçıları da qoşulacaq”, - deyə ABA rəhbəri qeyd edib.
Mənbə: Report.az