Aprel ayının 20-də “qara bazar”da dolların satışı yenidən bahalaşıb. Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən, səhər saatlarında dolların alışı 1.6600 manat olub. Satışı isə 1.6800 manata yüksəlib.
Ötən gün “qara bazar”da dollar 1.6650 manata alınıb, 1.6700 manata satılırdı.
Qeyd edək ki, bu gün növbəti valyuta hərracı baş tutacaq. Bununla belə, "qara bazarda" əmindirlər ki, hərracdan sonra dollar yenidən düşəcək:
"Son dövrlər 90% hallarda dollar hərracda ucuzlaşır. Bu gün də ucuzlaşma olacağını gözləyirik".