30 Oktyabr

Mərkəzi Bank sərt pul siyasətini niyə dəyişdi? – EKSPERT

Yaxın günlərdə Mərkəzi bankın pul siyasətində etdiyi dəyişikliklərin səbəbləri məlum olacaq. Bunu Fins.az-a açıqlamsında iqtisadçı-ekspert Cəfər İbrahimli deyib.

Onun sözlərinə görə, bu həftə maliyyə bazarında müşahidə edilən dəyişikliklər Mərkəzi Bankın yeni pul siyasətinə keçməsini söyləməyə əsas verir:

Mərkəzi Bank illin əvvəlindən depozit və notlar üzrə cəlb edilən vəsaitlərin həcmini artırmağa başlamışdı. Nəticədə banklara təxminən 15% gəlirlilik təklif edərək onlarda olan manat vəsaitini cəlb edirdi. Bununla da qurumun sərt pul siyasəti yeritdiyi müşahidə olunurdu. Son həftələrdə həm depozitin həcmini azaltdı, həm də not hərracı kecirmədi. Ona görə də yeni siyasətin başlanmasını demək olar”.

İqtisadçının fikrincə, Mərkəzi Bankın sərt pul siyasətini davam etdirməməsi banklarda likvid vəsaitlərin artması ilə nəticələnəcək.

“Mərkəzi Bank bankların vəsaitini cəlb etməsini azaldırsa, bununla banklarda likvid vəsait artır və genişlənən pul siyasəti izlənilir. Eyni zamanda 1-ci rübün sonuna büdcə rəqəmlərinə görə Maliyyə Nazirliyinin vəsait tələbi artıb və son hərracda 80 milyon manat cəlb edib. Buradan belə nəticə çıxarmaq olar ki, Mərkəzi Bank ya pul siyasətini dəyişir, ya da planlı şəkildə qisamüddətli fondları büdcə ehtiyacına yönəlməsinə çalışır. Yaxın həftələrdə bunun məqsədləri aydınlaşacaq”.