Bu gün səhər dünən axşam saatları ilə müqayisədə Azərbaycanın bir sıra kommersiya bankı dolların alış və satış məzənnəsinə dəyişiklik edib. Fins.az xəbər verir ki, hazırda ABŞ valyutasının ən sərfəli alış qiyməti 1.6650 manata, ən sərfəli satış isə 1.6760 manata bərabərdir.
Belə ki, "Yapı Kredi Bank Azərbaycan" və "NBC Bank" hər iki göstəricini ucuzlaşdırıb: "Yapı Kredi Bank Azərbaycan" alış qiymətini 1.6700 manatdan 1.6650 manatadək, satışı 1.7100 manatdan 1.7050 manatadək; "NBC Bank" alışı 1.6600 manatdan 1.6500 manatadək, satışı 1.6900 manatdan 1.6800 manatadək.
"Amrahbank", "Bank Silk Vey" və "Bank Respublika" sadəcə dolların satış qiymətini dəyişib:
"Bank Silk Vey" ucuzlaşdırıb - 1.6780 manatdan 1.6760 manatadək;
"Amrahbank" bahalaşdırıb - 1.6780 manatdan 1.6800 manatadək;
"Bank Respublika" həmçinin bahalaşdırıb - 1.7022 manatdan 1.7050 manatadək.
"Bank of Baku" isə yalnız alış qiymətini bahalaşdırıb: 1.6500 manatdan 1.6550 manatadək.