30 Oktyabr

Kapitalbank xalis mənfəətini açıqladı – HESABAT

Ölkənin ən iri banklarından biri olan Kapital Bank bu ilin birinci rübü üzrə maliyyə vəziyyətini açıqlayıb. Fins.az hesabata əsasən, xəbər verir ki, bankın cəmi aktivləri 3 milyard 132 milyon 313 min manat olub. Bankın dövriyyədə olan nağd vəsaitləri isə 212 milyon 946 min manat təşkil edir. Kapitalbankın Mərkəzi Bankdakı hesabında 392 milyon 850 min manat toplanıb. Başqa banklardakı müxbir hesablarının həcmi isə 274 milyon 376 min manatdır.
Birinci rübün sonuna görə, bank müştərilərə 1 milyard 215 milyon 823 min manta kredit verib. Cəmi aktivləri isə 3 milyard 132 milyon 313 min manat təşkil edir.
Bankın depozit portfeli yenə də ən iri portfellərdən biridir: 2 milyard 106 milyon 259 min manat. Mərkəzi Bankın banka qarşı isə heç bir tələbi yoxdur. Kapitaldan 21 milyon 300 min ümumi ehtiyata malikdir.
Bəs bankın gəlirləri necə formalaşıb? Hesabata görə, faiz və gəlirlərin bu qəbildən olan növləri üzrə daxilolmalar cəmi 66 milyon 642 min manta olub.
Qeyri-faiz gəlirləri, cəmi 36 milyon 416 min manat təşkil edib. Bankın əməliyyat üzrə mənfəəti 44 milyon 86 min manata çatıb. Nəticə etibarilə bank ilin üç ayını 30 milyon 793 min manat xalis mənfəətlə başa vurub.
Bankın nizamnamə kapitalı 260 milyon 790 min manat, məcmu kapitalı isə 294 milyon 148 min manta təşkil edir.