"PAŞA Bank"ın kart istifadəçilərinin sayı 35 minə çatıb. Müştərilərin sayının artması bank xidmətlərinin keyfiyyətini göstərir. Artıq müştərilər bank seçimində ilkin olaraq maliyyə göstəriciləri ilə maraqlanır".
Fins.az xəbər verir ki, bunu "PAŞA Bank"ın İdarə Heyətinin sədri Taleh Kazımov bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bankın maliyyə durumu güclü və dayanıqlıdır. "2016-cı ildə çətinliklərə baxmayaraq bankın reytinqi dəyişməyib. Bank risk idarəetmə sisteminə yatırımlar edir və optimizasiya məqsədilə bir neçə layihə həyata keçirilib. Bu ilin ilk günündən yeni bank sisteminin tətbiqinə başlanıb. Planımız korporativ bankçılıqda mövqeyimizi daha da gücləndirməkdir". T.Kazımov qeyd edib ki, 2016-cı ilin sonuna "PAŞA Bank"ın əmanətləri 200 faiz, faiz gəlirləri isə 57 faiz artıb. İlk 3 ayda valyuta əməliyyatları üzrə əməliyyatlarda xalis mənfəət 91 faiz artıb. 69 milyon xalis gəlir əldə olunub.