30 Oktyabr

Bank pulunu nağd şəkildə saxlayır – SƏBƏB

2016-cı ilin sonuna olan məlumatlara əsasən. "PAŞA Bank"ın aktivlərinin cəmi 1-2%-i qiymətli kağızlarda olub. Aktivlər əsasən nağd vəsaitlərdə saxlanılır. Fins.az xəbər verir ki, bu açıqlamanı bankın nümayəndəsi Xəyalə Nağıyeva verib. Onun sözlərinə görə, bankın cəmi aktivləri 3 289 845 min manat təşkil edir və bank bu aktivlərin diversifikasiya olunması üçün bu il aktiv iş aparacaq.

Qeyd edək ki, bankın kredit portfelində kreditlərin 35%-i ticarət və xidmət sektoruna yatırılıb. Bu isə manatla ifadədə 470 milyon deməkdir. Real sektora verilən kreditlərin həcmində isə cüzi azalma müşahidə olunur. Bunun səbəbini isə bank rəsmisi “mövcud çağırışlarla” əlaqələndirdi.
Kənd təsərrüfatına və qida emalı sahələrinə verilən kreditlər portfeldə 6,2% təşkil edir. Bu sahəyə 48 min manat yatırılıb.