"PAŞA Bank" yeni strategiyasının üzərində işləyir. Fins.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Bankın İdarə Heyətinin sədri Taleh Kazımov bəyan edib.
Onun sözlərinə görə, yeni strategiya 2018-2020-ci illəri əhatə edəcək. Əsas hədəf korporativ bankçılıq sahəsində bankın mövqeyinin gücləndirilməsidir.