"PAŞA Bank" Sumqayıtdakı filialının açılışını təxirə salıb. Fins.az xəbər verir ki, bunu bankın İdarə Heyətinin sədri Taleh Kazımov deyib.
Onun sözlərinə görə, Sumqayıt filialının açılmaması yeni maliyyə çağırışları ilə əlaqədardır. Sədr bildirib ki, bununla bağlı Sumqayıt sakinləri arasında sorğu keçiriblər.
"Belə qərara gəldik ki, onlara Bakıda bankın baş ofisində xidmət göstərilməsi daha əlverişlidir. Buna görə də biz sumqayıtlılara elə Bakıda xidmət göstərəcəyik".