Banklararası ticarətdə dollar ötən günü ucuzlaşma ilə başa vurub. Fins.az xəbər verir ki, “Bloomberg” terminalında dollar günün sonunda 1.6775 manata qədər düşüb. Bu isə ABŞ valyutasının manatı qarşısında 1,20 % dəyər itirməsi deməkdir. Qeyd edək ki, bundan əvvəl dollar terminal üzərində günü 1.6978 manat kursu ilə yekunlaşdırmışdı.
Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.