30 Oktyabr

“Exchange"lər ona görə bərpa edilir ki...” – ZAKİR NURİYEV

“Exchange"lərin açılması valyuta bazarında yaranan boşluğu dolduracaq. Bunu Fins.az-a açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bildirib.

Onun sözlərinə görə, atılan hər addım səbəbsiz deyil. “Exchange”lərin yenidən bərpasında da məqsəd valyuta bazarında yaranan çətinlikləri aradan qaldırmaqdır:

“Azərbaycana gələn xarici turistlərin sayı artır. Turistlərin valyuta dəyişmə əməliyyatlarını rahat həyata keçirmələrinə ehtiyac var. Banklar isə bu tələbi tam həyata keçirə bilmirdilər. “Exchange"lərin yenidən bərpası da turistlərin valyuta dəyişməklə bağlı çətinliklərini aradan qaldırmaq məqsədi daşıyır”.

Z. Nuriyev hesab edir ki, “Exchange"lərin bərpası eyni zamanda “qara bazar”ı da sıradan çıxaracaq.