Banklararası ticarətdə dollar kəskin bahalaşıb. Fins.az xəbər verir ki, “Bloomberg” terminalında dollar 1.6950 manata qədər yüksəlib. Bu isə ABŞ valyutasının manatı qarşısında 1,04 % dəyər qazanması deməkdir. Qeyd edək ki, bundan əvvəl dollar terminal üzərində günü 1.6775 manat kursu ilə yekunlaşdırmışdı.
Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.