30 Oktyabr

Daha bir bank rüblük hesabatını – AÇIQLADI

2017-ci ilin yanvar-mart aylarında "Bank VTB Azərbaycan"ın əməliyyatları zərərli olub. Fins.az xəbər verir ki, I rübdə bankın zərəri 261 min manat təşkil edib.

Bank 5 milyon 112 min manat faiz gəlirini əldə etmək üçün 7 milyon 821 min manat xərc çəkib, nəticədə də xalis faiz zərəri 2 milyon 709 min manat olub. Eyni zamanda, "VTB Bank Azərbaycan" 4 milyon 37 min manat qeyri-faiz gəlirini əldə etmək üçün 4 milyon 874 min manat xərc çəkib. Bankın xərcləri gəlirlərindən çox olduğundan ilk rübdə 3 milyon 547 min manat əməliyyat zərəri yaranıb. Bankın əməliyyat zərəri ehtiyatlardan azad edilib 4 mlyon 108 min manat hesabına bağlanıb və yekunda 561 min manatlıq vergidən əvvəl mənfəət qalıb. 822 min manat mənfəət vergisi ödənildiyindən bank ilk rübü 261 min manat zərər ilə bağlayıb.

31 Mart 2017-ci il tarixinə "Bank VTB Azərbaycan" 429 milyon 427 min manat cəmi aktivlərə, 393 milyon 374 min manat cəmi öhdəliklərə, 36 milyon 53 min manat cəmi balans kapitalına malik olub. Bankın məcmu kapitalı isə 51 milyon 62 min manat təşkil edib.

31 Dekabr 2016-cı il tarixində Bank VTB (Azərbaycan) 435 milyon 563 min manat cəmi aktivlərə, 399 milyon 431 min manat cəmi öhdəliklərə, 36 milyon 131 min manat cəmi balans kapitalına malik idi. Bankın məcmu kapitalı isə 50 milyon 680 min manat təşkil edirdi.

Ötən ilin sonu ilə müqayisədə, Bankın kredit portfeli 321 milyon 116 min manatdan 304 milyon 535 min manata geriləyib, depozitlər isə 43 milyon 129 min manatdan 44 milyon 176 min manata qalxıb. Bank VTB-nin digər banklardan aldığı kreditlər və Banka digər bankların yatırdığı depozitlər artıb. Faktiki olaraq, digər bankların kreditləri və depozitləri Bank VTB Azərbaycanın ayaq üstə qalmasına kömək edir. Eyni zamanda, Bank Mərkəzi Banka 30 milyon manat borcludur.

Qeyd edək ki, Bank VTB Azərbaycana yeni sədr təyin edilib. Ümumiyyətlə, Bankın bir çox yüksək vəzifəli kadrları dəyişdirilib. Yenilənmiş rəhbərlik Bankı optimallaşdırmağa və gəlirə çıxartmağa çalışır.

MƏNFƏƏT VƏ ZƏRƏR HESABATI, min manatla

I rub 2017

İlin əvvəlindən hesabat tarixinə qədər

Faiz və gəlirlərin bu qəbildən olan növləri, cəmi

5 111,84

Faizlər və onlara bağlı xərclər, cəmi

7 820,95

Xalis faiz mənfəəti (zərəri)

- 2 709,11

Qeyri-faiz gəlirləri, cəmi

4 036,87

Qeyri-faiz xərcləri, cəmi

4 874,56

Xalis əməliyyat mənfəəti (zərəri)

- 3 546,79

Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər)

- 4 108,29

Vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək xalis mənfəət (zərər)

561,50

Gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən mənfəət (zərər), cəmi

Vergilər ödənilənədək xalis mənfəət (zərər)

561,50

Mənfəətdən ödənilən vergilər

822,59

Vergilər ödənildikdən sonra xalis mənfəət (zərər)

- 261,09

BALANS HESABATI, min manatla

AKTİVLƏR

I RUB 2017

Nağd vəsaitlər

19 540,26

Nostro hesablar (Mərkəzi Bank və digər banklardakı müxbir hesablar)

58 980,46

Banklara verilmiş kreditlər

7 587,36

Banklar da daxil olmaqla maliyyə müəssisələrindəki depozitlər, cəmi

Qiymətli kağızlara investisiyalar

Kredit portfeli (müştərilərə verilmiş kreditlər - məqsədli ehtiyatlar çıxılmaqla)

304 535,41

Amortizasiya çıxılmaqla bank işində istifadə olunan əsas vəsaitlər

2 165,46

Bank işində istifadə olunmayan əsas vəsaitlər, cəmi

Amortizasiya çıxılmaqla qeyri-maddi aktivlər

1 610,80

Digər aktivlər

35 007,86

CƏMİ AKTİVLƏR

429 427,60

ÖHDƏLİKLƏR

Depozitlər

44 175,76

AMB-nın banka qarşı tələbləri, cəmi

30 000,00

Digər bankların tələbləri (“Loro" hesabları), cəmi

111,77

Banklar və digər maliyyə institutlarının kreditləri

165 121,38

Bankların depozitləri

142 766,88

Digər maliyyə müəssisələrinin (banklardan başqa) depozitləri, cəmi

5 804,30

Mərkəzi və bələdiyyə idarəetmə orqanlarının depozitləri və kreditləri

Bank tərəfindən buraxılmış subordinasiyalı və sair bu qəbildən olan borc öhdəlikləri (müddətli imtiyazlı səhmlər də daxil olmaqla)

Digər passivlər

5 394,19

CƏMİ ÖHDƏLİKLƏR

393 374,28

KAPİTAL

Xüsusi kapital, cəmi

34 681,67

a) dövriyyədə olan adi səhmlər

50 815,00

b) dövriyyədə olan müddətsiz imtiyazlı səhmlər (nominal və bazar qiymətləri arasındakı fərq daxil olmaqla)

c) adi səhmlərin nominal və bazar qiymətləri arasındakı fərq

d) bölüşdürüməmiş xalis mənfəət (zərər), cəmi

- 16 133,33

Ümumi ehtiyatlar, cəmi

1 371,65

Cəmi kapital

36 053,32

CƏMİ ÖHDƏLİKLƏR VƏ KAPİTAL

429 427,60

Kapitalın strukturu, min manatla,

I rüb 2017

I dərəcəli kapital :

34 681,67

Adi səhmlər

50 815,00

Keçmiş illərin mənfəət/zərəri

- 15 872,23

Cari ilin zərəri

- 261,09

I dərəcəli kapitaldan tutulmalar

1 610,80

Tutulmalardan sonra I dərəcəli kapital

33 070,88

II dərəcəli kapital :

Ümumi ehtiyatlar

1 371,65

Cari ilin mənfəət

-

Kapitalın digər vəsaitələri

16 619,77

II dərəcəli kapitalın cəmi

17 991,42

Məcmu kapital

51 062,30

Risk dərəcəsi üzrə ölçülmuş aktivlər

122 189,69

© Marja