Bu gün Azərbaycan kommersiya banklarından biri dolların alış və satışına olan limiti bir qədər də artırdı. Fins.az xəbər verir ki, söhbət “VTB Bank Azərbaycan”dan gedir.
Belə ki, artıq uzun müddət idi ki, bank bir müştəriyə yalnız 3 min dollaradək məbləğ alıb satırdı. Aprelin 28-də isə limit 10 min dollara bərabərdir.
Xatırladağ ki, “VTB Bank Azərbaycan”da dolların alış məzənnəzi 1.6800 manata, satışı isə 1.7080 manat təşkil edir.