30 Oktyabr

Bankın Kreditorlar Komitəsinin sədrini seçmək təxirə salındı

"Bank Standard" QSC-nin Kreditorlar Komitəsinin sədrinin seçilməsi növbəti iclasa qədər təxirə salınıb. Fins.az xəbər verir ki, buna Kreditorlar Komitəsinin üzvlərinin sayının artması və onların Komitənin Əsasnaməsi ilə tanış olmaq istəmələri səbəb olub.

İclasın katibi isə kreditorlardan olan Xəzər Universitetinin İnkişaf Mərkəzinin direktoru Raziyə İsayeva olub. Üzvlər öz aralarında razılığa gələrək sədrin seçilməsini təxirə salıblar.

Qeyd edək ki, növbəti iclasın bir həftə sonra keçirilməsi nəzərdə tutulur.