Mərkəzi Bank vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı elan edib. Fins.az xəbər verir ki, hərrac mayın 1-də keçiriləcək.
Bu dəfə Mərkəzi Bank hərracda 150 milyon manat məbləğində vəsaiti cəlb etməyi nəzərdə tutub.
"Bloomberg" ticarət platformasında keçiriləcək hərrac üzrə faiz dərəcələri 12,01 - 14,99% təşkil edir.
Qeyde dək ki, depozit hərracının müddəti 14 gün təşkil edir.
Xatırladaq ki, son depozit hərracında təklif 250 milyon manat olduğu halda, 350 milyon manat cəlb edilib.