30 Oktyabr

"Bank Standard"ın borcu açıqlandı

"Bank Standard"-ın 1,2 milyard manat borcu var. Fins.az xəbər verir ki, bunu Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov deyib.

Bildirib ki, bunun 462 milyon manatını sığortalanan əmanətlər təşkil edir. Artıq həmin məbləğin 445 milyon manatı əmanətçilərə qaytarılıb.

Qeyd edək ki, bankın Kreditorlar Komitəsinə 20 ən iri kreditor seçilib. Bu gün keçirilən iclasda onların bir qismi iştirak edib.

"Ancaq bankın 150 min nəfərə yaxın kreditoru var. Onların hamısını dəvət edə bilmirik. Çünki yer məhduddur. Onların nümayəndələri qoşulublar. Növbəti iclaslarda hər kəs iştirak edə biləcək" -deyə A.Cavadov bildirib.