Ləğv edilən qədər "Bank Standard"da ümumilikdə 24 026 kredit verilib. Fins.az xəbər verir ki, kreditlərin ümumi məbləği 747 milyon manatdır.
Bankın işlək kreditlərinin həcmi 40 milyon manat təşkil edir. Bunun da 33,3 milyon manatı təminatlı kreditlərdir. Qeyri-işlək kreditləri isə 707 milyon manatdır. Bunun isə 271,2 mln. manatı təminatlı kreditlərdir. Bankın təminatsız kreditlərinin ümumi məbləği 442,9 milyon manatdır.
Audit şirkətlərinin rəyinə əsasən, bankın gözlənilən daxilolmaları 182,2 milyon manatdır. Kreditlərdən əldə olunması ehtimal edilən likvid vəsait isə 112,3 milyon manat olacaq. Bankın satıla biləcək əmlakının dəyəri isə təxminən 46 milyon manatdır. Bunun da 31 milyon manatlıq hissəsi Azərbaycan Mərkəzi Bankında girovdadır.