Banklararası ticarətdə dollar ucuzlaşıb. Fins.az xəbər verir ki, “Bloomberg” terminalında dollar 1.6850 manata düşüb. Bu isə ABŞ valyutasının manat qarşısında 0,88 % dəyər itirməsi deməkdir. Bundan əvvəl dollar terminal üzərində günü 1.7000 manat kursu ilə yekunlaşdırmışdı.
Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.