Bu gün ölkənin bir neçə bankı valyutanın satış və alış qiymətlərinə dəyişiklik edib. Fins.az xəbər verir ki, səhər saatlarında banklarda dolların ən sərfəli alış məzənnəsi 1.6800 manat, satış – 1.6850 manata bərabərdir.
Araşdırmaya əsasən, dünən axşam saatları ilə müqayisədə “Amrahbank” dolların alışını və satışını 0.5 qəpik ucuzlaşdırıb: alışı 1.6750 manatdan 1.6700 manatadək, satışı 1.6900 manatdan 1.6850 manatadək.
“Bank of Baku” həmçinin hər iki göstəricini ucuzlaşdırıb: alışı 1.6700 manatdan 1.6600 manatadək, satışı – 1.7150 manatdan 1.7030 manatadək.
“NBC Bank” dolların alışını 1.5 qəpik ucuzlaşdıraraq, satışı 1 qəpik bahalaşdırıb: alışı 1.6750 manatdan 1.6600 manatadək, satış 1.6900 manatdan 1.7000 manatadək.
“Bank Silk Vey” və “Yapı Kredi Bank Azərbaycan” ABŞ valyutasının yalnız alış məzənnəsini bahalaşdırıb:
“Bank Silk Vey”də 0.5 qəpik bahalaşıb: 1.6650 manatadn 1.6700 manatadək;
“Yapı Kredi Bank Azərbaycan” isə 1 qəpik: 1.6600 manatdan 1.6700 manatadək.