Aprelin 28-dək Əmanətlərin Sığortalanması Fondu “Parabank” ASC-nin qorunan əmanətçilərinə 43 milyon 206 min manat kompensasiya ödənilib. Fins.az xəbər verir ki, bu, ümumi kompensasiya öhdəliyinin 98,5%-ni təşkil edir.
Bundan başqa “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 58 milyon 211 min manat (ümumi kompensasiya öhdəliyinin 80 %-i), “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27 milyon 771 min manat (ümumi kompensasiya öhdəliyinin 99,9%-i) və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 3 milyon 087 minmanatdan (ümumi kompensasiya öhdəliyinin 98,7%-i) artıq kompensasiya ödənilmişdir. 4 bank üzrə ümumilikdə 132 miyon 275 min manatdan artıq kompensasiya ödənilib.
Aprelin sonuna “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 288 min manat (ümumi kompensasiya öhdəliyinin 98,2%-i), “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 974 min manatdan (ümumi kompensasiya öhdəliyinin 94,4%-i) artıq kompensasiya ödənilmişdir. 2 bank üzrə ümumilikdə 16 milyon 262 min manatdan artıq kompensasiya ödənilib.
“Bank Standard” KB-nin qorunan əmanətçilərinə isə 436 milyon 817 min manatdan artıq kompensasiya verilib. Belə ki, ümumi kompensasiya öhdəliyinin 99%-i əmanətçilərə ödənilib.
“Yunayted Kredit Bank” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 514 min manatdan artıq kompensasiya ödənilib. Belə ki, 10 təqvim günü ərzində ümumi kompensasiya öhdəliyinin 72%-i həyata keçirilib.
Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 27 yanvar 2017-ci il tarixində başa çatıb və bu tarixədək “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 161 min (ümumi kompensasiya öhdəliyinin 97 %-i) kompensasiya ödənilib.
Ləğv prosesində olan “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 04 fevral 2017-ci il tarixində başa çatmış və bu tarixədək “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 976 min 440 manat (yəni ümumi kompensasiya öhdəliyinin 94 %-i) kompensasiya ödənilib.
Ləğv prosesində olan “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 12 fevral 2017-ci il tarixində başa çatmışdır. 12 fevral 2017-ci il tarixədək “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə 120 milyon 433 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,2 %-i) kompensasiya ödənilib.
Ümumilikdə Fond 11 bank üzrə 732 milyon 438 min manatdan artıq kompensasiya ödəyib.