Ləğvetmə prosesində olan “Kredobank” ASC-də kreditorlar komitəsi yaradılıb.
Fins.az xəbər verir ki, bununla əlaqədar “Banklar haqqında” Qanunun tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət olunub və Palata tərəfindən müsbət cavab alınıb.
“Kredobank” ASC-nin Kreditorlar Komitəsinin yaradılmasına dair sorğu 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən təsdiq edilib.
Məhkəmənin qərarı rəhbər tutularaq ləğvedici tərəfindən komitənin tərkibinin formalaşdırılması üçün bankın kreditorlarına artıq dəvət məktubları da göndərilib.
Göstərilənlərlə əlaqədar bildirilir ki, 10.05.2017-cı il tarixdə “Kredobank” ASC-nin ləğvi ilə bağlı Kreditorlar Komitəsinin iclasının keçirilməsi nəzərdə tutulur.
Kreditorlar Komitəsinin iclası saat 16:00-da Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babək prospekti 16 ünvanında yerləşən inzibatı binasında keçiriləcək. Müvafiq dəvət məktublarını və bildirişləri almış şəxslərdən Kreditorlar Komitəsinin iclasında səxsən və ya səlahiyyətli nümayəndəsi vasitəsilə iştirak olunması xahiş olunur.