30 Oktyabr

Neft Fondunun satdığı dolların həcmi azaldı - MƏBLƏĞ

Dövlət Neft Fondunun (DNF) aprel ayında valyuta hərraclarında satdığı vəsaitin həcmi azalıb. Fins.az xəbər verir ki, Fond 2017-ci ilin aprel ayı ərzində 220,8 milyon ABŞ dolları məbləğində vəsait satıb.

Mart ayında isə bu məbləğ 250 milyon ABŞ dolları olub.

Xatırladaq ki, DNF bu ilin yanvarında keçirilən hərraclarda 285 milyon dollar, fevralda isə 258,4 milyon dollar məbləğində vəsait satıb. Beləliklə, bu ilin 4 ayı ərzində Fondun hərraclara çıxardığı vəsaitin ümumi həcmi 1 014,2 milyon dollar təşkil edib.