Bu gün Mərkəzi Bankın (MB) keçirdiyi vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracında tələb təklifi təxminən 80% üstələyib. Fins.az xəbər verir ki, hərracda depozitlərə tələb 274.9 milyon manat olub.
Xatırladaq ki, son hərracda MB 150 milyon manat toplamağı hədəfləmişdi.
Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə illik 12,98% olub.