“Unibank” iyun ayının 16-da səhmdarların illik ümumi yığıncağını keçirəcək. Fins.az-ın məlumatına görə, yığıncaq bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən baş ofisində baş tutacaq.
Yığıncaqda 2016-cı il üzrə bankın maliyyə hesabatlarının, bankın investisiya qiymətli kağızlarının emitenti olaraq 2016-cı il üzrə illik hesabatının təsdiqi, o cümlədən bankın Nizamnaməsinə dəyişikliklər edilməsi haqqında, bankın İdarəetmə orqanlarının tərkibində dəyişikliklər edilməsi və gündəlikdə nəzərdə tutulmuş digər məsələlər üzrə müzakirələr aparılacaq.