30 Oktyabr

Hərrac öncəsi “qara bazar”da bahalaşma başladı

Dollar həftəyə ucuzlaşma ilə başlasa da, may ayının 2-də valyuta hərracı öncəsi “qara bazar”da nisbi bahalaşıb. Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən, səhər saatlarında dolların alışı 1.6650 manata, satışı isə 1.6750 manata kimi yüksəlib.
Qeyd edək ki, ötən gün "qara bazar"da ABŞ valyutası 1.6600 manata alınıb, 1.6700 manata satılırdı.