“Qarant Sığorta Agentliyi”nin rəhbəri “Nikoil Bank”a transfer edilib. Agentliyin direktoru Ramin Səmədov “Nikoil Bank”ın biznesin inkişafı üzrə rəhbəri seçilib. Bu barədə fins.az-a R.Səmədov özü məlumat verib. O, may ayından etibarən yeni vəzifəsinin icrasına başlayıb. Sığorta agentliyinə isə hələlik yeni rəhbər təyin ediməyib.
Qeyd edək ki, R.Səmədov “Qarant Sığorta Agentliyi”nə 2010-cu ildən etibarən rəhbərlik edirdi. 2004-2010-cu illərdə isə “Bank of Baku”nun satış kanallarının idarə edilməsi departamentin rəhbəri olub. 15 illik fəaliyyəti dönəmində bank və sığorta sahəsində bir sıra naliyyətlər əldə edib.