30 Oktyabr

Banklardan hərracın nəticəsinə – REAKSİYA

Bü gün Mərkəzi Bank və Neft Fondu tərəfindən keçirilən valyuta hərracından sonra bir sıra Azərbaycan kommersiya bankları ABŞ valyutasının məzənnəsinə yenidən dəyişiklik etdilər. Fins.az xəbər verir ki, hazırda dolların ən sərfəli alış qiyməti 1.6750 manata “Turanbank”da, ən sərfəli satış 1.6800 manata “Amrahbank”dadır. Belə ki, hərracdan sonra bir sıra bank dolların alış-satış qiymətlərini ucuzlaşdırıb. Məsələn, “Amrahbank” hər iki göstəricini 0.50 qəpik ucuzlaşdırıb: alışı – 1.6700 manatdan 1.6650 manatadək, satışı 1.6850 manatdan 1.6800 manatadək. “Günaybank” dolların alış məzənnəsini 1.6720 manatdan 1.6700 manatadək, satışı 1.6850 manatdan 1.6800 manatadək ucuzlaşdırıb. “Nikoil Bank” alışı 1.6700 manatdan 1.6600 manatadək, satışı 1.7100 manatdan 1.7050 manatadək ucuzlaşdırıb. “Bank Silk Vey” yalnız satış qiymətini ucuzlaşdırıb: 1.7000 manatdan 1.6820 manatadək. “Turanbank” isə dolların alış məzənnəsini bahalaşdırıb: 1.6700 manatdan 1.6750 manatadək.