30 Oktyabr

Hərracda dollar tam satılmadı

Bu gün Mərkəzi Bank və Neft Fondunun birgə keçirdiyi valyuta hərracında dollar 0.01qəpik ucuzlaşaraq 1.7024 AZN/USD səviyyəsində formalaşıb. Fins.az-ın verdiyi xəbərə görə, hərraca çıxarılan 35 milyon dollardan 8 milyon 200 min dolları satılmayıb. Yəni, ümümi məbləğin 26 milyon 800 min dolları satılıb.
Məlumata əsasən, hərracda sadəcə 10 sifariş qəbul olunub. Onlar minimum həddə – 1.6950 AZN dəyərində verilib.
Sifarişlər arasında ən maksimal məzənnə 1.7025 AZN-ə bərabər olub. Bu qiymətə ən iri sifarış satılıb – 15 milyon dollar.