Bu gün ölkənin bir neçə bankı valyutanın satış və alış qiymətlərinə dəyişiklik edib. Fins.az xəbər verir ki, səhər saatlarında banklarda dolların ən sərfəli alış məzənnəsi 1.6720 manata, ən sərfəli satışı 1.6800 manata bərabərdir.
Araşdırmaya əsasən, dünən axşam saatları ilə müqayisədə “Pashabank” dolların alış məzənnəsini 0.50 qəpik, satış məzənnəsini isə 0.30 qəpik ucuzlaşdırıb: alışı 1.6550 manatdan 1.6500 manatadək, satışı 1.7060 manatdan 1.7030 manatadək.
“Bank Respublika” həmçinin ABŞ dollarının alışını 1 qəpik, satışını 0.50 qəpik ucuzlaşdırıb: alışı 1.6500 manatdan 1.6400 manatadək, satışı 1.7100 manatdan 1.7050 manatadək.
“VTB Bank Azərbaycan” və “Agbank” dolların yalnız alış məzənnəsini ucuzlaşdırıb: “VTB Bank Azərbaycan” 1 qəpik – 1.6600 manatdan 1.6500 manatadək, “Agbank” 1.5 qəpik – 1.6600 manatadn 1.6450 manatadək.
“Amrahbank” və “Kapitalbank” tam əksinə ABŞ valyutasının alış məzənnəsini bahalaşdırıb: “Amrahbank”1.6650 manatadn 1.6670 manatadək, “Kapitalbank” 1.6500 manatadn 1.6600 manatadək.
“Bank Silk Vey” və “Günaybank” dolların satış məzənnəsinə 0.20 qəpik dəyərində dəyişiklik edib. Lakin “Bank Silk Vey” satışı bu məbləğdə ucuzlaşdırıb – 1.6820 manatdan 1.6800 manatadək, “Günaybank” isə bu dəyərdə bahalaşdırıb – 1.6800 manatadn 1.6820 manatadək.