30 Oktyabr

Dollar manat qarşısında “susur”

Banklararası ticarətdə dolların məzənnəsi dəyişməyib. Fins.az xəbər verir ki, may ayının 3-də “Bloomberg” terminalında dollar nisbi bahalaşma ilə 1.6793 manata yüksəlsə də, yenidən 1.6775 manata düşüb. Bu isə ötən günün yekun məzənnəsi ilə eynidir.

Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.