30 Oktyabr

Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi artıb

Azərbaycan Mərkəzi Bankı (AMB) rəsmi valyuta ehtiyatlarının həcmini açıqlayıb.

Mərkəzi Bankdan fins.az verilən məlumata görə, valyuta ehtiyatlarının həcmi 2017-ci il may ayının 1-nə 4 mlrd. 619,3 mln. dollar təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 498,7 mln. dollar və ya 12,1% çoxdur.

Bu ilin əvvəlindən artım 644,9 mln. dollar və ya 16,23% olub.