30 Oktyabr

May ayında anadan olanlara Bank plastik kartlarını pulsuz verəcək

Bank Respublika 25 illiyinə həsr olunmuş daha bir kampaniyaya start verir. Bu kampaniya çərçivəsində May ayında anadan olanlar MasterCard Standard və ya Visa Classic kartlarını pulsuz və ilkin mədaxilsiz ala biləcəklər.

Aksiyada iştirak etmək üçün banka şəxsiyyət vəsiqısini təqdim etdikdən sonra sadəcə kartı sifariş etmək lazımdır. Vaxtınıza qənaət etmək üçün kartı onlayn bankın saytından sifariş etmək mümkündür. Bundan əlavə, bank həmin müştəriyə Mobil və İnternet Şöbə xidmətlərini hədiyyə edir.

Həmçinin, Bank mövcud müştərilərə öz kartlarını bir pillə yuxarı artırmaq imkanı verir – tamamilə pulsuz və ilkin ödənişsiz.

Bu kampaniyada MasterCard World Elite və Visa Infinite kartları istisna olmaqla, bütün digər kart növləri iştirak edir. Kampaniyanın şərtlərinə uyğun olaraq, hər bir müştəri mövcud kartını yeniləyə və ya yenisini ala bilər.

Bank Respublika 22 May 1992-ci ildən fəaliyyət göstərir və bu illər ərzində Azərbaycanın aparıcı banklarından birinə çevrilmişdir. Cari ildə bank öz 25 illik yubileyini qeyd edir və bu münasibətlə müştəriləri bir çox sürprizlərlə bütün il boyu sevindirəcək.

Bank Respublika, 25 il Sizə faydalı!

[#gallery#]