Dünya yeni texnologiyalara bağlanıb və bu yenilik hər bir sektorda baş verir. Bu ən yaxşı dronların istehsalında rəqabətə davam gətirən avtomobil sənayəsi, ya da klassik biznes sayılan bank sektoru ola bilər. Lakin burada da vizionerlər var və onlar maliyyə institutlarına parlaq gələcək proqnozlaşdırırlar.
Vizioner kimdir?
Vizioner bazarın inkişafını öncədən görməyi bacaran və hətta ona təsir göstərə biləcək analitik və strateqdir. Fins.az saizə dünyanın ən görkəmli 8 vizioneri barədə məlumat verəcək. Bu insanlar nəinki öz bisnesini yaradıb, həm də gələcəyin bankinqinə unikal təkliflər verib.
Brett Kinq, futuroloq və CEO “Moven”
Brett Kinq “Bank 2.0” və “Bank 3.0” bestsellerinin müəllifi kimi tanınır.
Ötən il “Huawei Connect”də çıxışı zamanı o deyib ki, 2009-2010-cu illərdə heç kimin mobil tətbiqlərinin plastik kartları əvəz edəcəyinə və buna görə bankların şöbə və filialarının bağlanacağına heç kəs inanmırdı. O zaman bu, doğrudan da real görünmürdü, amma artıq baş verdi.
Ötən il “Huawei Connect”də çıxışı zamanı o deyib ki, 2009-2010-cu illərdə heç kimin mobil tətbiqlərinin plastik kartları əvəz edəcəyinə və buna görə bankların şöbə və filialarının bağlanacağına heç kəs inanmırdı. O zaman bu, doğrudan da real görünmürdü, amma artıq baş verdi.
2013-cü ildə isə Brett Kinq hətta mövcud olan bank sistemini saxlamağın əhəmiyyətsiz olduğunu söyləyib. “Düşünürəm ki, gələcək parlaq və gözəldir. Bizə elə gəlir ki, mövcud olan bank sistemini biz saxlaya bilərik, amma buna dəyməz. Onun imkanları gələcəyin bankinqinin perspektivləri ilə müqayisədə çox məhduddur”.
Brett, həmçinin, 2015-2016-cı illər üçün əksər insanların banklarla əlaqəni telefon vasitəsilə quracağını söyləmişdi. Və həqiqətən, müştərilərin banklarla uzaq kanallar vasitəsilə əlaqəsi statistikası artır. Yeri gəlmişkən, banklar özləri də müştərilərə daha yaxın olmaq üçün çat-botlar yaradıb.
Qeyd edək ki, Brett bank sektorunun futuroloqu olmaqdan başqa, həmçinin, “Movenbank”ın təsisçisi və CEO-sudur. Bu şirkət 2011-ci ildə yaradılıb və özünü neobank kimi təqdim edir. “Moven” bank məhsulu ilə son istifadəçini bağlayan mobil platformanı təqdim edir.
Mark Mallen, CEO “Atom Bank”
Ötən il müsahibələrinin birində Mark Mallen bank və malliyə xidmətində çalışan bir çox insanlar kimi heç bir ambisiyasının olmadığını demişdi. 2013-cü ildə ona “Metro bank”ın sabiq sədri və təsisçisi Entoni Tomson müraciət edir.
“Mənim texnologiyalara və internetə alışqanlığım, onun isə bank yaradılmasında və kapitalın cəlb etməsində olan təcrübəsi bizə birgə işə başlamaq üçün yaxşı start kimi göründü”.
Nəticədə 2014-cü ilin aprelində rəqəmsal “Atom Bank” yaranır. 2015-ci ilin noyabrında İspaniyanın BBVA bankı bu rəqəmsal banka 45 milyon funt sterlinq yatırır və bununla da biznesin 29.5% səhminə sahib olur. İndi “Atom” kiçik və orta biznes üçün kreditlər təklif edir. “Bizim "Atom"da hər bir addımımız işi daha da sadələşdirmək naminə atılır. Biz bürokratiya və kağız işindən nifrət duyuruq və onları öz leksikonumuzdan qovmuşuq! Biz inanmadığımız heç bir məhsulu yaradmarıq!”
Mallen bank işinin böhranına baxmayaraq bu peşəyə inanmağa davam edir.
German Qref, “Sberbank”ın prezidenti
Siyasətdən uzaqlaşan German Qref Rusiyanın ən nəhəng “Sberbank”ın başına keçdi. Nəticədə o bankdan “Google”, “Amazon” və “Facebook”la rəqabət apara bilən digital nəhəng yaratmaq məqsədi qoyub. G.Qref dəfələrlə bankların “real vaxtda” xidmət göstərməli olması haqda bəyanatlar verib. Onun vizionuna görə, bu gün bank – böyük İT-şirkətdir və buna görə müasir zamanda digital texnologiyaları inkişaf etdirmək mütləqdir.
“Əgər sən digital texnologiyalarla idarə etməyi bacarmırsansa, sən öz sektorunun peşakarı ola bilməzsən”.
Hələ 2015-ci ildə səhmdarların ümumi yığıncağında G.Qref “Sberbank”ın bankinqdə rəqəmsal texnologiyaların aparıcı qüvvəsinə çevrilməsindən bəhs etmişdi. Onun sözlərinə görə, bankın gələcək 5 il ərzində inkişaf edəcəyi istiqamət texnoloji sıçrayışdır. Bu ilin fevralında Qref Soçidə keçirilən konfransda “Sberbank”ın 2018-ci il üçün tam rəqəmsal təşkilata çevriləcəyini söyləyib.
“2018-ci ilin sonunda biz tamamilə rəqəmsal şirkət olmalıyıq və bizdə kağızla başlayan heç bir proses qalmamalıdır”.
Mattias Kroner, CEO “Fidor Bank” (Almaniya)
Kronerin dediyinə görə, bankın yaradılması ideyası 2006-ci ildə ortaya atılıb: “Biz sosial şəbəkələrin inkişafını gördükcə onların kommunikasiyalara, reklama, musiqi sənayesinə təsir göstərdiyi kimi banklara da təsir edəcəyində əmin idik. Bu, yeni tipli bank yaratmağa kifayət idi. O vaxt mənim partnyorlarla birgə “Kelş, Kroner və Ko” şirkətim var idi. Şirkət investbutik kimi bir şey idi, yəni maliyyə xidmətləri ilə əlaqəli innovativ layihələrə sərmayə yatırırdı”.
2007-ci ildə onlar bank lisenziyası üçün müraciət edir və 2009-cu ildə onu əldə edirlər.
“Bizi iqtisadi böhran qıcıqlandırırdı, arada biz dayanmaq haqda da düşünürdük. Digər tərəfdən, mövcud oyunçuların biz tərəfdən yaradılmış mühitdə özlərini necə apardığına şahid olmağa imkanımız var idi. Biz insanların bankirlərə nifrət etdiyini və onları "bankster" (qanqster-in analoqiyası ilə) adlandırdıqlarını görürdük. Bu “Fidor” üçün lazım idi”.
Bankın təsisçisi onu da qeyd edir ki, banklar böhran zamanı itirdiklərini etimadı əldə etmək istəyir. Lakin o hesab edir ki, əgər bank finteks-şirkət deyilsə, o maliyyə mühitində texnoloji inkişafın sürətlə artması problemləri ilə qarşı-qarşıya gələcək.
Oleq Tinkov, “Tinkoff Bank”ın təsisçisi
2006-ci ildə tanınmış rusiyalı iş adamı Oleq Tinkov Moskvanın “Ximmaşbank”ını əldə edib. Rusiyanın məsafədən xidmət göstərən ilk maliyyə institutunun tarixi məhz o vaxtdan - “Tinkoff bank”ın bazara daxil olamsından başlayır:
“Mən təsisçiyəm, mənə belə daha xoşdur. İstəyirsiniz vizioner deyin, amma məni menecer adlandırmaq olmaz, çünki mən pis icraçıyam, pis menecerəm. Lakin mənim həmkarlarım var. Mənə elə gəlirdi ki, mən bank yaradacam, əslində isə İT-şirkət yaratdım. Kiminsə gözündə bankir kimi görünüb-görünməməyim məni qəti maraqlandırmır. Çünki bank bitdi, bu yolu keçdik, 5 ildən sonra banklar olmayacaq”.
Anna Boden, CEO “Starling Bank”
Anna Boden hesab edir ki, “Amazon” şirkəti satışları transformasiya etdi, “iTunes” musiqiyə çıxış yolunu dəyişdi, amma bank işi üçün bunu heç kəs etməyib. Məhz buna görə Britaniyada rəqəmsal “Starling Bank” bazara daxil oldu. Məlumata görə, bankın təsisçisi il ərzində dünya səyahəti zamanı ən son texnoloji tətbiqlərlə tanış olandan sonra onları yeni bankda gerçəkləşdirmək həvəsinə düşdü. “Starling Bank” yalnız bu məhsulu təklif etmək niyyətindədir – hesablar və ödənişlər.
Valentin Ştalf , “Number26” bankının təsisçisi
«Number26" — cəhənnəmdə buz kimi su içməkdir”. “TechCrunch” nəşri Almaniyanın "Number26" bankını məhz bu cür təsvir edir. Bankın bazası Berlində yerləşir. Öz xidmətlərini yalnız mobil cihazlar vasitəsilə təklif edən bank Avropanın aparıcı bankı adına layiq görülmək məqsədi daşıyır.
“Yaxın bir neçə ildə müştərilərin sayını bir neçə milyon səviyyəsini keçmək yolundayıq”.
2016-ci ildə bank strukturu 300 min müştəri cəlb edib və əməliyyatların həcmini 7 dəfə artırıb.
“Ənənəvi banklar rəqəmsal nəslə uyğunlaşa bilmir. "Number26"-ya olan tələbat fantastikdir və biz yeni bazarlara qatılmaq fikrindəyik”.
Tom Blomfild, “Monzo Bank”ın baş icraçı direktoru
Tom Blomfild şikayətlənir: “Mən ayılıram və özüm-özümə deyirəm ki, mənim bankım dəhşətlidir, bu oğlanlar da dinozavrlardır! Onların hərəkətləri mənə, mənim ailə və dostlarıma zərbə vurur. Bizim hamımıza yaxşı bank xidməti gərəkdir, o da sadəcə yoxdur".
Blomfildin planlarına görə, “Mondo” maliyyə sektorunda “Google” və ya “Facebook” kimi olacaq. Bankı istifadə etmək elektron ünvanla məktub yollamaq kimi asan olacaq. Hədəf auditoriyası bank əməliyyatlarının bir neçə saniyədə yerinə yetirmək sevdasında olan smartfonların aktiv istifadəçiləridir. Nəticədə bank 2015-ci ildə yaranıb. Ötən il isə rebrendinqə məruz qalaraq “Monzo Bank” adını alıb. “Prays” agentliyinin məlumatına görə, 2016-ci ilin oktyabrında xidmət 4.8 milyon sterlinq cəlb edərək investisiyaların ümumi sayını 12.8 milyon funt sterlinqədək qaldırıb.
Bankın sloqanı isə belədir: “Biz planetimizin ən yaxşı bankını qururuq və istəyirik ki, sizi də göyərtəmizdə olasız”.
Qeyd edək ki, bank fəaliyyətindən başqa, Tom Blomfild müntəzəm olaraq bank işinin və finteksin gələcəyi haqda hesabatlarla çıxış edir.