30 Oktyabr

Mərkəzi Bankın işçiləri azalıb

Ötən ilin yekununda Azərbaycan Mərkəzi Bankında (AMB) işləyən ölkə vərəndaşlarının sayı 594 nəfər olub.

Bu barədə qurumun illik hesabatına istinadən xəbər verilir.

Xatırladaq ki, 2015-ci ilin yekununda AMB-nin işçilərinin sayı 646 olub. Başqa sözlə, ötən il qurumun işçi heyətində 52 nəfərlik və yaxud 8,05%-lik azalma olub.

© Report