30 Oktyabr

Beynəlxalq Banka 10 milyard manatlıq dəstək

Azərbaycan Mərkəzi Bankının Beynəlxalq Valyuta Fonduna borcu artıb

2016-cı ilin yekununda Azərbaycan Mərkəzi Bankının (AMB) Beynəlxalq Valyuta Fondu (IMF) qarşısında öhdəliyi 366,589 mln. manat təşkil edib.

Bu barədə qurumun illik hesabatında bildirilir.

Hesabata əsasən, 2015-ci ilin yekununda bu rəqəm 333,327 mln. manat olub. Başqa sözlə, AMB-nin IMF-yə borcu 33,262 mln. manat və yaxud təxminən 10% artıb.

Beynəlxalq Banka maliyyə dəstəyini 4 dəfə artırıb

Azərbaycan Mərkəzi Bankı (AMB) “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin problemli aktivlərinin idarə edilməsi ilə məşğul olan “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının (BOKT) qiymətli kağızlarına investisiyaları 4 dəfə artırıb.

Hesabatda deyilir ki, 2016-cı ilin yekununda bu məqsədlə investisiya 10 mlrd. manat təşkil edib. Bu rəqəm 2015-ci ilin yekununda 2,5 mlrd. manat olub.

© Report