30 Oktyabr

“Bloomberg”də dollar bahalaşır

Banklararası ticarətdə dollar bahalaşmaqda davam edir. Fins.az xəbər verir ki, may ayının 5-də “Bloomberg” terminalında dollar 1.6813 manata qədər bahalaşıb. Bu isə ötən günlə müqayisədə dolların manat qarşısında 0,23% dəyər qazanması deməkdir. Ötən gün dollar ticarəti 1.6775 manat məzənnəsi ilə yekunlaşdırmışdı.

Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.