30 Oktyabr

“Qara bazar”da avroya tələbat sürətlə artır

“Qara bazar”da son bir ayda avroya tələbat artıb. Bunu Fins.az-a fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslər bildiriblər. Məlumata görə, əvvəl “qara bazar”a avro almaq üçün müraciət edən olmasa da, indi hər bir “dollar alverçisindən” 3-5 nəfər avro almaq üçün müraciət edir. “Qara bazar”dan bildiriliblər ki, avro alıcıları əsasən iş görüşməsi və ölkəyə maşın gətirmək üçün Avropaya üz tutanlardır. Bir nəfər orta hesabla “qara bazar”dan 2-3 min avro həcmdə valyuta alır. Bəzi hallarda isə sifarişlərin həcmi hətta 6 min avroya qədər yüksəlir.
Qeyd edək ki, hazırda “qara bazar”da avro 1.83 manata alınıb, 1.84 manata satılır.