30 Oktyabr

Bank işçilərinin sayı azaldı

Bu ilin I rübündə Azərbaycanda fəaliyyət göstərən 32 kommersiya bankının filiallarının sayı azalıb. Fins.az xəbər verir ki, bu il aprelin 1-dək bank filiallarının sayı 563-dan 561-ə enib.

Bank şöbələrinin sayı isə artaraq 137-ə çatıb. 2017-ci ilin fevralında isə bu rəqəm 135 olub.

I rübdə banklara məxsus bankomatlarının sayı artıb. Aprelin 1-ə olan məlumata görə, onların sayı 2 471 olub. Fevral ayında bu rəqəm 2 462, yanvarda isə 2 468 təşkil edib.

Bank filiallarının azalması bu sektorda işçi heyətini sayını da azaldıb. Belə ki, I rübdə onlarıns ayı 16 312 nəfər olub. Bu ilin fevralında isə banklarda işləyənlərin sayı 16 662 nəfər, yanvarda 16 928 nəfər olub.