30 Oktyabr

Banklar rübü xalis qazancla başa vurdu – RƏQƏMLƏR

Azərbaycanın bank sektoru 2017-ci ilin birinci rübünü 123,4 milyon manat xalis mənfəət ilə başa vurub.

Bu barədə “Marja” Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib.

2016-cı ili 1 milyard 668 milyon manat, 2017-ci ilin yanvar ayını isə 496 milyon manat zərər ilə başa vuran bank sektoru, Fevralın sonunadək 50 milyon manat xalis mənfət təmin etmişdi.