30 Oktyabr

Müştərilərə va banklara verilən kreditlərdə ciddi azalma – CƏDVƏL

2017-ci ilin I rübündə banklardan müştərilərə verilən kreditlərin həcmi azalıb. Fins.az xəbər verir ki, aprelin 1-dək müştərilərə 15.053.1 milyon manat məbləğində kredit verilib. Martın 1-i ilə müqayisədə bu rəqəm 342,8 milyon manat azalıb. Bu ilin fevralında müştərilərə verilən kreditlərin ümumi məbləği 15.395.9 milyon manat təşkil edib.
I rübdə cəmi banklara verilən kreditlər və xalis kreditlər də azalıb. Belə ki, mart ayında banklar da daxil olmaqla, maliyyə institutlarına ümumilikdə 403.3 milyon manat kredit verilib. Fevral ayında isə bu rəqəm 429,4 milyon manat təşkil edib.
Xalis kreditlərin həcmi də azalaraq 351.9 milyon manata düşüb. Halbuki, fevralda bu rəqəm 382,6 milyon manat olub.