Mərkəzi Bank mayın 8-də növbəti depozit hərracı keçirəcəyini elan edib. Fins.az xəbər verir ki, bu dəfə 200 milyon manat məbləğində depozit cəlb etmək nəzərdə tutulur.
Cəlb olunan vəsaitlər üzrə faiz dərəcəsi 12,01%-14,99% təşkil edir. Depozitlərin müddəti isə 14 gündür.
Xatırladaq ki, depozit hərracları ötən ilin iyun ayında keçirilməyə başlayıb. Əsas məqsəd dövriyyədəki manatın sterilizasiyasıdır.