30 Oktyabr

Ən ucuz konvertasiya haqqı hansı bankdadır? – SİYAHI

Bəzi banklar xarici valyutada, xüsusilə dollarda olan kartlardan manatla nağdlaşdırmaya görə komissiya haqlarını bahalaşdırıb. Fins.az xəbər verir ki, "Nikoil Bank" bununla bağlı müştərilərinə SMS göndərib. Bu bankda konvertasiya komissiyası 0,5%-dən 3%-ə qaldırılıb. Bank rəsmiləri bunun daxili qaydalara əsasən bazarın tələbinə uyğunlaşmaq üçün atılan addım kimi qiymətləndiriblər.
"Azər Türk Bank", "Kapital Bank" və "Accessbank"da da mübadilə haqları 4% təşkil edir.
Banklar arasında ən yüksək konvertasiya komissiyası isə 5%-dir.
Banklardakı faizlərlə cədvəldən tanış ola bilərsiz.
Bank
Konvertasiya komissiyası
Accessbank
3%
Agbank
1%
Amrahbank
2%
Nikoil
3%
Atabank
0.5%
Bank BTB
0.5%
Kapital bank
4%
Yapi Kredi Bank Azərbaycan
3.9%
Unibank
2%
“VTB Bank”
5%
Azərbaycan Beynəlxalq Bankı
3%
Azər-Türk Bank
4%
Bank of Baku
Komissiya götürülmür
Xalq Bank
3%