Bəzi banklar xarici valyutada, xüsusilə dollarda olan kartlardan manatla nağdlaşdırmaya görə komissiya haqlarını bahalaşdırıb. Fins.az xəbər verir ki, "Nikoil Bank" bununla bağlı müştərilərinə SMS göndərib. Bu bankda konvertasiya komissiyası 0,5%-dən 3%-ə qaldırılıb. Bank rəsmiləri bunun daxili qaydalara əsasən bazarın tələbinə uyğunlaşmaq üçün atılan addım kimi qiymətləndiriblər.
"Azər Türk Bank", "Kapital Bank" və "Accessbank"da da mübadilə haqları 4% təşkil edir.
Banklar arasında ən yüksək konvertasiya komissiyası isə 5%-dir.
Banklardakı faizlərlə cədvəldən tanış ola bilərsiz.
Bank Konvertasiya komissiyası Accessbank 3% Agbank 1% Amrahbank 2% Nikoil 3% Atabank 0.5% Bank BTB 0.5% Kapital bank 4% Yapi Kredi Bank Azərbaycan 3.9% Unibank 2% “VTB Bank” 5% Azərbaycan Beynəlxalq Bankı 3% Azər-Türk Bank 4% Bank of Baku Komissiya götürülmür Xalq Bank 3%